Ölkəmizdə məşhur olan “Klon” serialında “Jade” rolu ilə tanınan braziliyalı aktrisa Covanna Antonelli imicini kökündən dəyişib. 48 yaşlı ulduz cəsarətli bir eksperimentə gedərək trend kare saç kəsimi etdirib.
Oxu.Az-ın verdiyi məlumata görə, o bununla bağlı sosial şəbəkələrdə paylaşım edib.
“Saç kəsimi bir asılılıqdır”, – deyə aktrisa son vaxtlar görünüşü ilə daha çox eksperiment etdiyinə işarə edərək zarafatla bildirib.
Həqiqətən də, bir neçə ay ərzində Antonelli saçlarının uzunluğunu tədricən qısaldıb və hər dəyişiklikdən sonra özünü daha azad və yüngül hiss etdiyini vurğulayıb.
Pərəstişkarları sevimli ulduzlarının cəsarətli gözəllik qərarına biganə qalmayıblar və komplimentlər yağdırıblar.