Sənubər Nəzərovanın ADY-dən ayrılmasına aydınlıq gətirilib

“Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Sənubər Nəzərova yeni karyera mərhələsinə başlamaq üçün dekabrın 6-dan etibarən vəzifəsindən ayrılıb.

Oxu.Az xəbər verir ki, bu barədə ADY-dən bildirilib.

“ADY-də çalışdığı iki il ərzində Sənubər Nəzərova şirkətimizin tərəfdaşlar qarşısında yüksək səviyyədə təmsil olunmasında, ictimaiyyətlə əlaqələrin səmərəli şəkildə qurulmasında böyük xidmətlər göstərib”, – deyə QSC-nin məlumatında qeyd olunub.

Bildirilib ki, bundan sonra ADY-nin fəaliyyəti ilə bağlı sorğuları İctimaiyyətlə əlaqələr şöbəsinin aparıcı mütəxəssisi Bəxtiyar Hacıyev cavablandıracaq.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More