İsrail prezidenti Maskdan Qəzza ilə bağlı danışıqlara təsir göstərməsini istəyib

İsrail Prezidenti İshak Hersoq amerikalı iş adamı İlon Maskdan Qəzza zolağında girovların azad edilməsi ilə bağlı dayanmış danışıqların ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın administrasiyasının gündəliyinə daxil edilməsinə təsir göstərməsini istəyib.

Oxu.Az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Hersoq və Mask arasında söhbət bu həftə baş tutub.

Xatırladaq ki, ötən ilin oktyabrında “HƏMAS”ın İsrail ərazisinə hücumundan sonra onlarla israilli girovluqda saxlanılır.

Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More