İsrail ordusu HƏMAS hərəkatının Qəzza zolağında hava hücumundan müdafiə qüvvələrinin rəhbəri Nidal Əl-Nəcarı məhv edib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun (SAXAL) mətbuat xidməti məlumat verib.
Mətbuat xidməti qeyd edib ki, Əl-Nəccar münaqişə boyunca İsrailə və Qəzzanın mərkəzi hissəsində əməliyyatlar keçirən İsrail Müdafiə Ordusuna hücumlara rəhbərlik edən əsas simalardan biri olub.