İraq Suriya hadisələrinə hərbi müdaxilə edəcək?

İraq hökuməti Suriyada baş verən hadisələrlə bağlı hərbi iştirakdan imtina edib və ölkə xaricində hərbi tədbirlərə qarışmayacağını bəyan edib.

Oxu.Az xəbər verir ki, bu barədə İraq parlamentin deputatı Yasir İsgəndər “Baghdad Today”ə açıqlamasında deyib.

“İraq Federal Hökuməti üç əsas strateji qərar qəbul edib: Suriyanın daxili işlərinə hərbi müdaxilə etməmək, Suriyaya İraq qüvvələrini göndərməmək və İraqdan kənarda heç bir hərbi əməliyyatda iştirak etməmək”, – deyə İsgəndər vurğulayıb.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More