Ancelina Colinin oğlu gözlənilməz peşə seçib

Aktrisa Ancelina Coli Cimmi Fellonun aparıcılıq etdiyi “The Tonight Show” verilişində övladlığa götürdüyü 23 yaşlı oğlu Meddoksun gözlənilməz bir peşə seçdiyini açıqlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə “Page Six” məlumat yayıb.

Aktrisa özünün lisenziyalı pilot olduğunu xatırladıb və əlavə edib:

“Meddoks da pilot olmaq üçün təlim keçir, o artıq pilotdur”, – Coli bildirib.

49 yaşlı Ancelina Coli daha əvvəl qeyd edib ki, 2004-cü ildə onu təyyarə idarə etməyi öyrənməyə məhz Meddoks ruhlandırıb.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More