Tramp Baydenə zəng edib

ABŞ-nin seçilmiş prezidenti Donald Tramp ötən həftə hazırkı ABŞ lideri Co Baydenə zəng edib.

Oxu.Az-ın məlumatına görə, bu barədə “NBC News” telekanalı mənbələrinə istinadən məlumat yayıb.

“Söhbətdən xəbərdar olan iki nəfər bildirdi ki, Tramp Baydenə Şükranlıq Günü münasibətilə təbrik üçün zəng edib”, – nəşrdə qeyd olunur.

Bildirilib ki, Tramp və Bayden arasındakı telefon danışığı qısa və məzmunsuz olub.

Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More