Sumqayıtda beşmərtəbəli yaşayış binasında YANĞIN – Beş nəfər təxliyə edilib

Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində yerləşən beşmərtəbəli yaşayış binasında yanğın olub, beş nəfər təxliyə edilib.

Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, yanğınsöndürənlərin müdaxiləsi sayəsində binanın ikinci mərtəbəsində yerləşən elektrik lövhəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə keçməsinə imkan verilmədən söndürülüb.

Təhlükəsizlik tədbirləri çərçivəsində biri azyaşlı olmaqla ümumilikdə beş nəfər bina sakini təxliyə olunub.

Yanğın nəticəsində elektrik lövhəsində beş ədəd sayğac və beş ədəd qoruyucu açar yanıb.

Mənzillər yanğından mühafizə olunub.

Sumqayıtda beşmərtəbəli yaşayış binasında YANĞIN – Beş nəfər təxliyə edilib







Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More