Avtomobilinizin yol performansı və təhlükəsizliyi düzgün təkər seçimindən birbaşa asılıdır. Təkərlər avtomobilinizin yolla yeganə təmas nöqtəsi olduğundan onların keyfiyyəti və uyğunluğu son dərəcə vacibdir. Bəs düzgün təkəri necə seçməli?
Oxu.Az-ın yeni layihəsi olan “Avtousta”nın ilk buraxılışında məhz bu suala cavab tapacaqsınız.
Qeyd edək ki, hər bir sürücü təkər üzərindəki etiketləri oxumağı bacarmalıdır. Bu etiketlər təkərin ölçüləri, yükdaşıma qabiliyyəti və digər vacib xüsusiyyətləri barədə məlumat verir. Məsələn, təkərin diametri, eni və yan tərəfin hündürlüyü kimi göstəricilər avtomobilinizin sükan idarəetməsi və sürtünməsi ilə birbaşa əlaqəlidir.
Təkər seçərkən mövsüm amili mütləq nəzərə alınmalıdır. Qış təkərləri xüsusi protektoru və rezin qarışığı sayəsində sürüşkən və qarla örtülü yollarda daha yaxşı ilişmə təmin edir.
Daha ətraflı – videoda:
Əzizə İsmayılova
Video: Cavid Mehdiyev