Rusiya çempionatında yaranmış fasilə müddətində Bakıya səfərə gələn “Krasnodar” klubunun baş məşqçisi Murad Musayev “Sabah” Futbol Mərkəzində qonaq olub.
Oxu.Az xəbər verir ki, bu barədə klubun rəsmi səhifəsi paylaşım edib.
Musayev “Sabah”ın prezidenti Maqsud Adıgözəlov və komandanın baş məşqçisi Vasili Berezutski ilə görüşüb.
Qeyd edək ki, o, 2021-24-cü illərdə “Sabah”ın baş məşqçisi olub.