Cənubi Koreya prezidenti dindirilmə prosesinə gəlməyib

İmpiçmenti nəticəsində səlahiyyətləri dayandırılan Cənubi Koreya prezidenti Yun Sok Yol qiyam işi ilə bağlı polisin dindirilmə prosesinə gəlməyib.

Oxu.Az bu barədə “Yonhap” agentliyinə istinadən xəbər verib.

Qeyd edək ki, Prezident Yun Sok Yol müxalifəti qiyam təşkilinə yönəlmiş antidövlət fəaliyyətində ittiham edərək dekabrın 3-də gecə saatlarında ölkədə hərbi vəziyyət elan edib. Amma müxalifətin üstünlük təşkil etdiyi parlamentin prezidentdən hərbi vəziyyətin ləğv olunmasını tələb edən qətnamə qəbul etməsindən sonra Prezident Yun Sok Yol geri addım ataraq hərbi vəziyyəti ləğv edib.

Demokratiya Partiyası başda olmaqla müxalifət bununla kifayətlənməyərək, prezidentin impiçmenti prosesinə start verib. Dekabrın 14-də Koreya Respublikasının parlamenti Prezident Yun Sok Yola impiçment elan edib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More