Bu gün futbol üzrə Qitələrarası Kubokun final matçında “Real Madrid” (İspaniya) “Paşuka” (Meksika) klubu ilə qarşılaşacaq.
Oxu.Az xəbər verir ki, Qətərin paytaxtı Doha şəhərində yerləşən “Lusail” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Qeyd edək ki, FIFA tərəfindən təşkil olunan turnirin qalibi rəsmən klublararası dünya çempionu hesab olunur.