Türkiyənin hakim partiyasının rəsmisi: “Həyat Təhrir əş-Şam” faktiki olaraq terror təşkilatı deyil”

“Həyat Təhrir əş-Şam” (əvvəllər “Cəbhət ən-Nüsrə” adlandırılıb) faktiki olaraq terror təşkilatı deyil”.

Oxu.Az xəbər verir ki, bu sözləri Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının rəsmi nümayəndəsi Ömər Çelik “Habertürk” telekanalına açıqlamasında deyib.

“Həyat Təhrir əş-Şam”ın lideri Avropa İttifaqı ilə əlaqələr qurub. HTS hazırda terror təşkilatları siyahısındadır, lakin bu dəyişəcək. HTŞ faktiki olaraq terror təşkilatı deyil”, – deyə Ömər Çelik vurğulayıb.

O xatırladıb ki, Türkiyə kəşfiyyatının rəhbəri İbrahim Kalın ötən həftə Dəməşqdə HTŞ rəhbəri Əbu Muhəmməd əl-Culani ilə rəsmi görüş də keçirib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More