Doqquz yaşlı Mələk təcili əməliyyat olmalıdır: Gecikərsə iflic ola bilər

Doqquz yaşlı Mələyin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun anası Mirvari Turabova məlumat verib.

O bildirib ki, övladı anadangəlmə spina-bfida xəstəliyindən əziyyət çəkir:

“Mələyin doqquz yaşı var, o, anadangəlmə spina-bfida xəstəliyindən əziyyət çəkir. Doğulduğu gündən, demək olar ki, onu müalicələrlə həyatda saxlamışıq. Mələyin son günlər ağrıları artdığı üçün məcbur Bakıya gəlmişik. Həkimlər onu təcili əməliyyat etməli olduqlarını deyirlər”.

Gənc ana övladının əməliyyatı üçün dəstəyə ehtiyacları olduğunu deyib:

“Biz Qubada yaşayırıq, Mələkdən başqa bir övladım da var. Yoldaşım avtoyuma məntəqəsində işləyir, mən isə övladlarıma görə işləyə bilmirəm. Əməliyyat üçün lazım olan 5 000 manatın 2 000 manatını toplaya bilsək də, qalan məbləğimiz çatmır. Həkimlər Mələyin əməliyyatı gecikərsə, onun ömürlük iflic ola biləcəyini deyirlər. Mələk həyat dolu uşaqdır, küçəyə çıxıb yaşıdları ilə oynamaq istəyir. Amma səhhəti ilə bağlı gəzə bilmir, otura bilmir. Yardımsevər şəxslərdən mənim balama dəstək olmalarını xahiş edirəm”.

Ailə ilə əlaqə: (077) 325-38-70.

Kapital Bank: 4169 7388 2519 9098.

Doqquz yaşlı Mələk təcili əməliyyat olmalıdır: Gecikərsə iflic ola bilər







Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More