Xaçmaz şəhərində 30 yaşlı kişi dəm qazından zəhərlənib.
Oxu.Az “Report”a istinadən xəbər verir ki, şəhərin 20 Yanvar küçəsində 1994-cü il təvəllüdlü Roman Rüstəm oğlu Əliyarov yaşadığı evin hamamında çimərkən orada olan su qızdırıcısının buraxdığı dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı araşdırma aparılır.