Qırğızıstanda yeni hökumət başçısı təyin edildi

Qırğızıstan Prezidenti Sadır Japarov Adılbek Kasımaliyevin respublikanın baş naziri təyin edilməsi haqqında fərman imzalayıb.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Qırğızıstan liderinin Mətbuat Xidməti məlumat verib.

Bildirilir ki, fərmana əsasən, Kasımaliyev Nazirlər Kabinetinin sədri – Qırğızıstan Respublikası Prezident Administrasiyasının rəhbəri təyin edilib.

Japarov, həmçinin, Daniyar Amangeldiyevi Nazirlər Kabineti sədrinin birinci müavini və Bakıt Sıdıkovu iqtisadiyyat və ticarət naziri təyin etməsi haqqında fərmanlar imzalayıb.

Qeyd edək ki, Qırğızıstan hökumətinin rəhbərliyində kadr dəyişiklikləri dekabrın 16-da prezidentin Nazirlər Kabinetinin sədri Akılbek Japarovu vəzifəsindən azad etməsindən sonra başlayıb. Baş nazirin səlahiyyətlərini icra edən vəzifəsinə o zaman Nazirlər Kabinetinin birinci müavin rəhbəri vəzifəsində çalışan Kasımaliyev təyin edilib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More