“TƏBİB-in tabeliyinə verilən Bakı Dəmiryol Xəstəxanasının işçilərinin tabeli tibb müəssisələrində işlə təmin edilmə prosesi yekunlaşıb”.
Oxu.Az xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov Səhiyyə İdarəçiləri Zirvəsində çıxışı zamanı deyib.
Direktor qeyd edib ki, işçi məmnunluğunun təmin edilməsi məqsədilə Bakı Baş Səhiyyə Mərkəzində çalışan əməkdaşlar yaşayış ünvanlarına yaxın tibb müəssisələrində işlə təmin olunublar, yeni yaradılan Ağciyər Xəstəlikləri Mərkəzinin ştat və strukturu formalaşdırılıb.
Məhərrəm Əliyev