“Respublika Perinatal Mərkəzinin təmiri gələn ilin sonunda yekunlaşacaq”.
Oxu.Az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov jurnalistlərin suallarını cavablandırarkən deyib.
O qeyd edib ki, Perinatal Mərkəzlə bağlı artıq Fövqəladə Hallar Nazirliyi və digər qurumların rəyləri alınıb:
“Təmirlə bağlı layihələndirilmə işləri yekunlaşıb. Gələn ilin əvvəlindən Perinatal Mərkəzdə təmir işləri başlayacaq və ilin sonuna tam yekunlaşacaq”.
Məhərrəm Əliyev