Vüqar Qurbanov: “Tibb müəssisələrinin idarəçiləri yalnız həkimlər olmalı deyil”

“Dövlət xəstəxanalarında özəldəki kimi çeviklik heç vaxt olmayacaq, bu, normaldır. Tibb müəssisələrinin idarəçiləri yalnız həkimlər olmalı deyil”.

Oxu.Az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov Səhiyyə İdarəçilərinin Zirvə toplantısı çərçivəsində keçirilən “Səhiyyədə yeni imkanlar” adlı paneldə çıxışı zamanı deyib.

Direktor qeyd edib ki, idarəçilər başqa ixtisas sahibləri ola bilər:

“Əsas məsələ xərc və gəlirlərin düzgün tənzimlənməsi, tibbi xidmətlərin zənginləşdirilməsidir. Bu da sonda özəl xəstəxanalarda olduğu kimi dövlət tibb müəssisələrində aldığı xidmətdən məmnun qalsın. Təbii ki, rəhbər şəxslərin qarşısına ilk mərhələdə bu tələbi qoymaq düz deyil. Çünki menecerlik hər kəs üçün yenidir”.

V.Qurbanov qeyd edib ki, icbari tibbi sığortanın tətbiqindən əvvəl ölkədə yalnız baş həkim var idi:

“Köhnə və keçmişdə qalmış ideyaları olan rəhbər şəxslər bizlə ayaqlaşa bilmirlər. Çünki Azərbaycan səhiyyəsi və özəl sektor daim inkişaf edir. Dövlət tibb müəssisələrinin əsas hədəfi özəl xəstəxanalarla rəqabəti tam hazır formaya gətirməkdir. Təbii ki, bu da sağlam rəqabət olmalıdır. Çünki rəqabət olmadığı yerdə inkişaf da mümkün deyil. Dövlət xəstəxanaları inkişaf etdikcə artıq özəl tibb müəssisələrində göstərilən xidmətlərin sayı mümkün qədər məhdudlaşır”.

“Əgər vətəndaş regionda yaşadığı əraziyə yaxın yaxşı tibbi xidmət ala bilirsə, artıq Bakıya gəlməyə ehtiyac qalmır. Bu da öz növbəsində özəl xəstəxanalara müraciətlərin sayının azalmasına da səbəb olur. Özəl xəstəxanalar o səviyyədə inkişaf etməlidir ki, dövlət müəssisələri onlara çatmaq üçün daim çalışmalıdır. Çünki dövlət xəstəxanalarında özəldəki kimi çeviklik heç vaxt olmayacaq. Çünki müəyyən prosedurlar fərqlidir”, – deyə TƏBİB rəhbəri əlavə edib.

Məhərrəm Əliyev



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More