Qəbələ” klubunun idman direktoru: “Xaricdən mütəxəssis dəvət etmişik

“Qəbələ” futbol klubunun azyaşlı uşaqlardan ibarət komandalarının soyuq aylarda məşq keçdiyi manej bir neçə gün öncə güclü külək nəticəsində yararsız vəziyyətə düşüb. Klub rəsmiləri həmin stadionun bərpası üçün xaricdən mütəxəssislər dəvət ediblər.

Bunu Oxu.Az-a açıqlamasında “Qəbələ” klubunun idman direktoru Səbuhi Səfiyarlı deyib.

“Üstüörtülü stadion güclü külək nəticəsində tamamilə yararsız vəziyyətə düşüb. Həmin manejin bərpası üçün xaricdən mütəxəssislər dəvət etmişik. Amma yenidən bərpa edə biləcəyimiz dəqiq deyil. Manejin bərpası üçün nə qədər maddi vəsait lazım olacağını da hələ bilmirik.

Hazırda stadionun yararsız vəziyyətdə olması akademiyalarda çıxış edən azyaşlı uşaqların məşq prosesinə təsir edib. Soyuq hava şəraitində akademiyanın uşaqları burada məşq keçirdilər. Hazırda bu mümkün deyil, çünki uşaqlar xəstələnə bilərlər. Bu gün keçirilməli olan məşqimizi də təxirə saldıq.

Əsas komandanın və yuxarı yaş qruplarının məşqlərində hər hansısa bir problem yoxdur”.

Anar Həsənov



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More