“Heç bir Zəngəzur dəhlizi olmayacaq”.
Oxu.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan deyib.
“Biz artıq dəfələrlə təkrar etmişik ki, bu olmayacaq (Zəngəzur dəhlizini nəzərdə tutur – red.)”, – deyə jurnalistlərə açıqlama verən M.Qriqoryan vurğulayıb.