ABŞ Milli Basketbol Assosiasiyası (NBA) Kubokunun qalibi bəlli olub.
Oxu.Az xəbər verir ki, tarixdə ikinci dəfə keçirilən turnirin finalında “Miluoki Baks” və “Oklahoma-Siti Tander” komandaları qarşılaşıblar. Gərgin mübarizə şəraitində keçən görüş birincilərin 97:81 hesablı qələbəsi ilə yekunlaşıb.
Qalib komandanın heyətində Yannis Adetokumbo 26 xal, 19 ribaund ve 10 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, keçən il ilk dəfə keçirilən NBA Kubokunun qalibi “Los-Anceles Leykers” olmuşdu.