Dörd yaşlı İbrahim Abbasov ağır xəstəliklə mübarizə aparır.
Bu barədə Oxu.Az-a onun anası Əfsanə Abbasova məlumat verib.
O bildirib ki, övladının qarın boşluğunda bədxassəli şiş var və onun əməliyyatla götürülməsi lazımdır:
“Bunun üçün İbrahim əvvəlcə altı kurs kimyaterapiya almalı idi. Artıq həmin kurslar başa çatıb. Bizə İbrahimin əməliyyatı üçün 30 min dollar lazım idi. Onun böyük hissəsini yardımsevər insanların dəstəyi ilə topladıq. Onlara nə qədər təşəkkür etsəm azdır.
Dekabrın 14-də əməliyyat üçün Türkiyəyə gəldik. İndi balamın əməliyyatı üçün cəmi 3 min manat çatışmır. Xalqımdan xahiş edirəm, balamı ölümə tərk etməsinlər. Bizə bu ağır günlərimizdə dəstək olsunlar.
İbrahimə dəstək olan insanlardan danışıram, o isə uşaq olsa da, hər şeyi başa düşür. Dəstək olanları eşidəndə sevinir. Deyir ki, “Ana, mən burada qalmaq istəmirəm, kömək etsinlər, sağalım”. Artıq bədəni də çox yorulub, psixologiyası alt-üst olub. Ağır iynələr onu əldən salıb. Allah heç kimi belə ağır dərdlə sınağa çəkməsin. Bayram yaxınlaşır. İbrahimə söz vermişəm ki, gələn il sağalıb həyətdə uşaqlarla oynayacaqsan”.
Ailə ilə əlaqə: (055) 736-92-70.
“Kapital Bank”: 5239 1517 1343 5306.