Şotlandiyada nazirlərə “WhatsApp”dan istifadə qadağan ediləcək

Şotlandiya hakimiyyəti nazirlərə və hökumət işçilərinə “WhatsApp” mesencerindən rəsmi məqsədlər üçün istifadə etməyi qadağan edib.

Oxu.Az xəbər verir ki, bu barədə BBC Şotlandiyanın birinci nazirinin müavini Keyt Forbsun bəyanatına istinadən məlumat yayıb.

Forbes əlavə edib ki, “WhatsApp” və digər “qeyri-korporativ” mesajlaşma sistemlərindən istifadə 2025-ci ilin yazından etibarən dayandırılacaq.

Birinci nazir müavininin sözlərinə görə, məmurlardan rəsmi məqsədlər üçün yalnız “Microsoft Teams” kimi hökumət tərəfindən təsdiqlənmiş proqramlardan istifadə etmələri tələb olunacaq. Onlara iş üçün şəxsi telefonlardan istifadə etmək də qadağan ediləcək.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More