Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, miqrasiya və terrorizmlə bağlı təhdidlər aradan qalxarsa, ölkəsinin Suriyada hərbi mövcudluğunu saxlamaq üçün heç bir əsası olmayacaq.
Oxu.Az xəbər verir ki, o bunu Qətərin “Əl-Cəzirə” telekanalına müsahibəsində deyib.
“Bildiyiniz kimi, Türkiyənin Suriyadakı varlığının iki əsas məqsədi var idi ki, bunlardan biri Türkiyəyə gələcək kütləvi köçün qarşısını almaq idi, çünki 5 milyon insan müxalifətin nəzarətində olan ərazidə yaşayırdı. Əgər bu iki əsas problemin aradan qalxdığını görəriksə, Suriyada qalmağımız üçün heç bir səbəb olmayacaq”, – deyə Türkiyənin XİN başçısı vurğulayıb.