Sədaqət Qəhrəmanova: “Qadınlara dilənçilik prinsipindən çıxmağı öyrətməliyik”

“Qadınlara dilənçilik prinsipindən çıxmağı öyrətməliyik”.

Oxu.Az xəbər verir ki, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri müavini Sədaqət Qəhrəmanova “Bələdiyyələrdə yaradılmış gender komissiyalarının işinin gücləndirilməsi” mövzusuna həsr olunmuş Konfransda çıxışı zamanı deyib.

Sədr müavininin sözlərinə görə, bu gün insanlarda ələbaxımlılıq formalaşıb:

“Qadınlar boşanırlar ki, aliment alıb onunla dolansınlar. Belə halları biz görürük. İnsanlara “balıq tutmağı” öyrətməliyik. Bu gün kənd qadınlarının biznes bacarıqlarına yiyələnməsi istiqamətində iş görürük. Hətta 800-dən çox qadın biznesə cəlb olunub. Onlar öz ailələrinə də biznesləri sayəsində yardım edir. Qadınları öyrətməliyik ki, onlar dilənçilik prinsipindən çıxsınlar. Bilmək lazımdır ki, iqtisadi cəhətdən güclü olan qadının hüquqları pozulmur. Bələdiyyələrin də rolu burada başlayır. Bələdiyyələrdə gender komissiyalarının işi bundan ibarətdir. Onlar insanlarla sıx təmasda olmalıdırlar. Onlar iş görməlidirlər ki, biz milli dəyərlərə qayıdaq. Bizə Avropa dəyərləri lazım deyil”.

Aygün Mirakif



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More