Səudiyyə Ərəbistanı futbol üzrə 2034-cü il dünya çempionatına ev sahibliyini qazandıqdan sonra 2036-cı ilin Olimpiya Oyunlarını da təşkil etmək niyyətindədir.
Oxu.Az xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin Mətbuat Xidməti məlumat yayıb.
Xəbərdə komitənin növbəti prezidenti olmağa favorit namizədlərdən sayılan oğul Xuan Antonio Samaranç olimpiadanın ilk dəfə Yaxın Şərqdə keçirilməsi ideyasını dəstəklədiyi bildirilib.
Səudiyyə Ərəbistanının təşkilatçı kimi seçiləcəyi halda, orada yayda havanın hərarətinin 40°C-yə çatması səbəbindən, Oyunlar qışda keçirilə bilər.