Paris məhkəməsi 2022-ci ildə Fransa millisinin tərkibində dünya çempionu olan Pol Poqbanı oğurlamaqda və ondan 13 milyon avro (təxminən 22,9 milyon manat – red.) tələb etməkdə təqsirləndirilən şəxsə 3 il həbs cəzası verib və 20 min avro (təxminən 35 300 manat – red.) cərimə təyin edib.
Oxu.Az xəbər verir ki, bu barədə “Agence France-Presse” (AFP) agentliyi məlumat yayıb.
Cinayətkar Pol Poqbanın qardaşı Matias Poqba idi. Ona verilən üç illik cəzanın iki ili şərti cəzadır və o, daha bir ili həbsdə deyil, elektron qolbaqla cəzasını çəkə bilər. Vəkili Matias Poqbanın günahsız olduğunu iddia etdiyi üçün apellyasiya şikayəti verəcəyini vəd edib.
Matias Poqba hədə-qorxu yolu ilə tələb etməkdə təqsirli bilinib, iş üzrə digər beş təqsirləndirilən şəxs isə adam oğurluğu, hədə-qorxu yolu ilə tələb etmək və cinayətdə birlikdə iştiraka görə 8 ilə qədər həbs cəzası və 40 min avroya qədər (təxminən 70 min 600 manat – red.) cərimə olunub.