Rusiyalı müğənni intihar edən keçmiş ərinin dəfn xərclərini öz üzərinə götürdü

Rusiyalı müğənni Anna Sedokova keçmiş əri, basketbolçu Yanis Timmanın meyitinin vətəninə nəqli və dəfn mərasiminin təşkili ilə bağlı bütün maliyyə xərclərini öz üzərinə götürüb.

Oxu.Az-ın məlumatına görə, bu barədə müğənninin PR meneceri Anna Çernavskix “İzvestiya”ya bildirib.

Onun sözlərinə görə, dəfn xidmətlərinin lazımi hissəsi artıq ödənilib.

Anna Yanisin qohumlarının gəlişinin təşkilinə görə “Alikson Team” basketbol komandasına və onun rəhbəri Həsən Mustafayevə təşəkkür edib.

Çernavskix əlavə vəsait toplanmasına ehtiyac olmadığını qeyd edib.

Dekabrın 17-də müğənni Anna Sedokovanın keçmiş əri, latviyalı basketbolçu Yanis Timmanın Moskvada intihar etdiyi məlum olub. Onun telefonunda “Annaya zəng edin” və telefon nömrəsi yazılmış ekran şəkli olduğu qeyd edilib.

Keçmiş ərinin ölümünü şərh edən Sedakova son illərdə “cəhənnəmdə yaşadığını” deyib. O, həmçinin ictimaiyyətdən Timmanın intiharı barədə yazmamasını xahiş edib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More