Dərmandan zəhərlənən qadın öldü

Bakıda 63 yaşlı qadın dərmandan zəhərlənib.

Oxu.Az “Qafqazinfo” istinadən xəbər verir ki, dekabrın 19-u saat 11 radələrində 1961-ci il təvəllüdlü Minəxanım Hacı qızı Əkbərova Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinə çatdırılıb.

Yaşadığı Nəsimi rayonu 4-cü mikrorayon Mircəlal küçəsindəki evdən tibb müəssisəsinə aparılan qadın az sonra vəfat edib.

M.Əkbərovanın hansı dərmandan və hansı şəraitdə zəhərlənməsi hələlik açıqlanmayıb.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More