İki həftə öncə müxalifətin əməliyyatı nəticəsində Dəməşqdən Rusiyaya qaçan Suriyanın devrilmiş lideri Bəşər Əsəd daha bir zərbəni 2000-ci ildə evləndiyi həyat yoldaşı Əsma Əsəddən alıb.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə “Haber Global” xəbər verib.
Bildirilir ki, Londonda doğulan və evləndikdən sonra Suriyaya köçməklə bank işində karyerasına son qoyan Əsma Əsəd ayrılmağa hazırlaşır. Bildirilir ki, o, Moskvadakı şərtlərdən məmnun deyil və Londona getmək üçün boşanmaq tələbini irəli sürüb.
Mediada yayılan məlumata görə, Rusiya tərəfindən ciddi nəzarət altında saxlanılan Bəşər Əsədin ölkəni tərk etməsinə icazə verilmir. Digər tərəfdən, Bəşər Əsədin mal-mülkü və puluna çıxışı da Rusiya hökuməti tərəfindən dondurulub. Bu vəziyyət Əsəd ailəsinin maddi gücünü məhdudlaşdırır.