Ermənistan, Yunanıstan və Kipr arasında müdafiə məsələlərinə dair keçirilən məsləhətləşmələrin yekunu üzrə üçtərəfli əməkdaşlıq proqramı imzalanıb.
Oxu.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, Ermənistan Müdafiə Nazirliyindən məsləhətləşmələrdə Müdafiə siyasəti və beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Levon Ayvazyanın başçılıq etdiyi nümayəndə heyəti iştirak edib.
Üçtərəfli proqrama silahlı qüvvələrin müxtəlif fəaliyyət sahələri üzrə onlarla tədbirlər daxildir.
Tərəflər müdafiə sektorunda yeni yanaşma və standartların tətbiqi, son regional və beynəlxalq hərbi-siyasi hadisələri müzakirə edib, həmçinin mütəmadi müdafiə məsləhətləşmələrinin vacibliyini vurğulayıblar.