ABŞ-də “Starbucks” işçilərinin həmkarlar ittifaqı 20-24 dekabr tarixləri aralığında Los-Anceles, Çikaqo və Sietl şəhərlərində tətil edəcəklər.
Oxu.Az bu barədə TASS agentliyinə istinadən xəbər verir.
Tətil edənlər maaşlarının və işçi sayının artırılmasını, eləcə də daha rahat iş qrafiki tələb edirlər.
Təşkilatçılar bildiriblər ki, şirkət onların təkliflərinə reaksiya verməyib, ciddi iqtisadi təkliflərlə çıxış etməyib.
Qeyd olunub ki, tətil müştərilərin ən aktiv axınının olduğu Milad günlərinə təsadüf edir və şirkət üçün ən böyük bazarları təmsil edən şəhərlərdə baş tutacaq.