Binəqədidə yollar asfalt üzünə həsrət qalıb: Sakinlər çətin vəziyyətdə

Binəqədi qəsəbəsi, Zəngəzur küçəsində yaşayan həm sakinlər, həm də ərazidə fəaliyyət göstərən müxtəlif obyekt işçiləri yolların bərbad vəziyyətdə olmasından şikayətçidirlər.

Ərazidə asfalt örtüyü, ümumiyyətlə, yoxdur. Elə bu səbəbdən sürücülərlə yanaşı, piyadalar da əziyyət çəkirlər.

Vətəndaşların sözlərinə görə, məsələ ilə bağlı müvafiq qurumlara müraciət etsələr də, problem həll olunmayıb.

“Yolların vəziyyətindən adam utanır. Bələdiyyə gəlib hər il pul yığır, amma bura heç baxılmır”, – deyə şikayətçi bildirib.

Daha ətraflı Baku TV-nin materialında:

Binəqədidə yollar asfalt üzünə həsrət qalıb: Sakinlər çətin vəziyyətdə







Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More