Xorvatiyanın paytaxtında yeniyetmə məktəblilərə bıçaqla hücum edib, ölən və yaralananlar var.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə HINA agentliyi xəbər verib.
Bildirilir ki, hadisə Zaqrebin məktəblərindən birində baş verib.
İlkin məlumata görə, hücum nəticəsində yeddi nəfər – beş uşaq və iki yetkin yaralanıb. Uşaqlardan biri – yeddi yaşlı məktəblinin həyatını xilas etmək mümkün olmayıb, o, xəstəxanada ölüb.
“Hazırda beş yaralının həyatı üçün təhlükə yoxdur, təcili yardım xidmətləri hələ də hadisə yerindədir, vəfat edən uşaq isə yeddi yaşındadır”, – deyə Xorvatiyanın səhiyyə nazirinin müavini İrena Hrstiç məlumat verib.
Məlumata görə, yaralılardan biri məktəb müəllimidir, onun vəziyyəti ağır qiymətləndirilir.
HRT-nin məlumatına görə, hücum edən şəxs həmin məktəbin şagirdi ola bilər.