Kerç boğazında Suriya və Misirdən olan dənizçilərin olduğu gəmi qəza siqnalı verib

Göyərtəsində Suriya və Misirdən 16 dənizçinin olduğu gəmi Kerç boğazında, “Kavkaz” limanı yaxınlığında qəza siqnalı göndərib.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Dənizçilərinin Həmkarlar İttifaqından məlumat verilib.

“Gam Express” ekipajından müraciət daxil olub. Vəziyyət pisdir: ərzaq yoxdur, içməli su da yoxdur, işəgötürən isə sonuncu dəfə avqustda maaş verib. İndi onlar SOS siqnalı göndəriblər və limana daxil olmağa ümid edirlər”, – Rusiya Dənizçilərinin Həmkarlar İttifaqından bildirilib.

Gəmi Qvineya-Bisau bayrağı altında üzür. Birliyin məlumatına görə, göyərtədə olanlardan biri Misir, 15-i Suriya vətəndaşıdır.

Xatırladaq ki, bir neçə gün əvvəl Kerç boğazında iki tanker qəzaya uğramışdı.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More