BVF Ukraynaya 1.1 milyard dollar ayrılmasını təsdiqləyib

Beynəlxalq Valyuta Fondunun (BVF) İdarə heyəti 2023-cü ilin martında təsdiq edilmiş Genişləndirilmiş Kredit Proqramı (EFF) çərçivəsində Ukraynaya 1.1 milyard dollarlıq növbəti tranşın ayrılmasını təsdiqləyib.

Oxu.Az “UNN”a istinadən xəbər verir ki, bu barədə fondun açıqlamasında bildirilib.

Qeyd olunur ki, əldə olunan vəsait Ukrayna dövlət büdcəsinin vacib xərclərinin maliyyələşdirilməsinə yönəldiləcək.

İndiyədək BVF proqramı çərçivəsində Ukraynanı ayrılan vəsaiitin həcmi 10 milyard dollara çatır.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More