Ərzurumda faciə: Gənclər qar uçqununun altında qaldılar

Türkiyənin Ərzurum vilayətində yerləşən Palandökən dağında faciə baş verib. Məşq edən idmançılar qar uçqununun altında qalıblar.

Oxu.Az-ın TRT-yə istinadla verdiyi məlumata görə, bu barədə vali Mustafa Çiftçi xəbər verib.

O, çovğun altında qalan idmançıların çıxarıldığını, lakin təəssüf ki, 16 yaşlı gəncin həyatını itirdiyini açıqlayıb.

“Üç idmançı öz səyləri ilə çıxıb. Daha bir idmançımız – 16 yaşlı gənc xilasedicilərin köməyi ilə sağ çıxarılsa da, müdaxilələrə baxmayaraq, xilas etmək mümkün olmayıb. Başımız sağ olsun. 15 idmançı və bir məşqçi ilə birlikdə ümumilikdə 16 nəfər olublar. Üç yaralımızın vəziyyəti yaxşıdır, bir problem yoxdur”, – deyə o bildirib.

Vilayətin Fövqəladə Hallar İdarəsinin rəisi Selahattin Karslı idmançıların icazəsiz olaraq çox dik ərazidə məşq etdikləri üçün uçquna düşdüklərini qeyd edib.

Məlumata görə, hazırda axtarış-xilasetmə əməliyyatları başa çatıb.

Ərzurumda faciə: Gənclər qar uçqununun altında qaldılar







Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More