Bəşər Əsəd Suriyanı tərk etməmişdən əvvəl Rusiya ilə niyə əlaqə saxlamağa çalışıb?

Suriyanın keçmiş prezidenti Bəşər Əsəd Dəməşqi tərk etməzdən bir neçə gün əvvəl ölkədə hakimiyyətin müxalifət qüvvələri tərəfindən ələ keçirilməsi fonunda silahlılarla danışıqlar aparmaq üçün Rusiya ilə əlaqə saxlamağa çalışıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə “Financial Times” nəşri mənbələrə istinadən məlumat verib.

Qeyd olunur ki, Əsəd Moskvaya siqnal göndərib ki, Cenevrədəki Suriya müxalifətinin nümayəndələri ilə danışıqlara hazırdır. Ancaq bu siqnal Rusiyaya çatmayıb.

Nəşrin məlumatına görə, siyasətçi dekabrın 7-də böyük oğlu Hafizlə birlikdə Rusiyaya məxsus zirehli maşınında Dəməşqi tərk edib və Rusiyanın Xmeymim aviabazasına yollanıb.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More