İranın Dəməşqdəki səfirliyinin əməkdaşı Davud Bitərəf öldürülüb.
Oxu.Az-ın iranintl.com portalına istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai məlumat verib.
Onun sözlərinə görə, səfirliyin əməkdaşı Suriya paytaxtında avtomobilinə açılan atəş nəticəsində həlak olub.
Baqai Bitərəfin “terrorçu ünsürlər” tərəfindən öldürülməsini pisləyib.