Slovakiyanın baş nazirindən iddia: “Zelenski mənə 500 milyon avro rüşvət təklif etdi”

Slovakiyanın Baş naziri Robert Fitso Ukrayna Prezidenti Volodimir Zelenskinin ona rüşvət təklif etdiyini iddia edib.

Oxu.Az-ın Rusiya KİV-ə istinadən xəbərinə görə, bu barədə Fitso jurnalistlərlə söhbəti zamanı deyib.

Onun sözlərinə görə, Zelenski Brüsseldə baş tutan qapalı görüşdə danışıqlar zamanı Ukraynanın NATO-ya (Şimali Atlantika Alyansı) qəbulu məsələsində Slovakiyanın səsini almaq üçün Fitsoya Rusiya aktivlərindən 500 milyon avro təklif edib.

Söhbət Qərbin Ukraynaya köçürməyə söz verdiyi Rusiya aktivlərindən gedir.

Robert Fitso təklifdən imtina etdiyini vurğulayıb və heç bir halda Kiyevin Şimali Atlantika Alyansına qoşulmasına səs verməyəcəyini bildirib. Həmçinin, Ukraynanın NATO-ya dəvət edilməsini qeyri-real adlandırıb.

“O, Rusiya aktivlərindən 500 milyon avro verərsə, Ukraynanın NATO üzvlüyünə səs verib-verməyəcəyimi məndən soruşdu. Təbii ki, mən ona “heç vaxt” cavabını verdim”, – deyə Fitso qeyd edib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More