İsmayıllıda kanalizasiya xəttində QƏZA: Çirkab suları ətrafa yayılıb

İsmayıllı rayonunun mərkəzində kanalizasiya suyunun daşması ətrafa pis qoxunun yayılmasına səbəb olub.

Bununla bağlı Oxu.Az-a məlumat verilib.

Qeyd olunub ki, problem Nizami Gəncəvi və Mübariz Orucov küçələrinin kəsişməsində baş verib və çirkab suları yola axır.

Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq İsmayıllı Rayon Su Meliorasiya Sistemləri İstismarı İdarəsindən bildirilib ki, rayonun Nizami küçəsində baş verən kanalizasiya qəzası aradan qaldırılıb.

“Əraziyə qəza briqadası cəlb olunub və problem tam olaraq aradan qaldırılıb”, – deyə məlumatda vurğulanıb.

Əzizə İsmayılova



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More