Yüksək vəzifədən azad edilən Zaur Hüseynov bundan sonra hansı işlə məşğul olacaq? – İLK AÇIQLAMA

Ötən gün Zaur Hüseynov “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib.

Oxu.Az xəbər verir ki, Qaynarinfo 60 yaşlı sabiq metro rəisinin bundan sonra hansı işlə məşğul olacağını öyrənmək üçün ona zəng edib.

Zaur Hüseynov sualları cavablandırmaqdan imtina edib.

“Allah canınızı sağ eləsin. Mənə suallar verməyin. Bütün sualları Bəxtiyar Məmmədova (“Bakı Metropoliteni”nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi) ünvanlayın. Sağ olun”, – deyərək telefonu söndürüb.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More