Türkiyədən beş çamadanla ayrılan Joze Mourinyo jurnalistləri həyəcanlandırdı

Ötən gecə “Eyüpspor”la görüşdə 1:1 hesablı heç-heçə edən “Fənərbağça” klubunun baş məşqçisi Joze Mourinyo Türkiyəni tərk edib.

Oxu.Az “SporX”ə istinadən xəbər verir ki, təcrübəli çalışdırıcı səhhəti ilə bağlı ölkəni tərk edib.

Onun özü ilə beş çamadan götürməsi media təmsilçilərində klubdan ayrıldığı ehtimalını yaratsa da, Mourinyonun bir həftə sonra yenidən Türkiyəyə qayıdacağı bildirilib.

Qeyd edək ki, Türkiyə Superliqasında yeni ilə keçid dövrü olduğu üçün iki həftəlik tətil elan olunub. Klublar istirahətə XVII tur görüşləri başa çatdıqdan sonra yollanacaqlar.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More