Türkiyə Superliqasında 17-ci oyun həftəsinin matçları keçirilir.
Oxu.Az xəbər verir ki, “Beşiktaş” öz meydanında “Alanyaspor”la üz-üzə gəlib.
Oyunda artıq 5-ci dəqiqədə hesabı qonaqlar açıblar. Lakin 2 dəqiqə sonra ev sahibləri cavab qolu ilə oyuna tarazlıq gətiriblər.
Qarşılaşmada daha qol olmadığından komandalar xalları yarıya bölüblər – 1:1.
Hazırda “qartallar” 26 xala malikdirlər və yarış cədvəlində 5-ci pillədə qərarlaşıblar. “Alanyaspor” isə 18 xalla 13-cü sıradadır.