Nigeriyanın paytaxtı Abucada katolik kilsəsində yardım paylanması zamanı yaranan izdihamda ən azı 10 nəfər həlak olub.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Nigeriya polisinin rəsmi nümayəndəsi Cozefina Ade məlumat yayıb.
O bildirib ki, Maytame rayonunda yerləşən kilsəyə mindən çox adam toplaşıb. Ölənlərdən dördü uşaqdır.
Məlumata görə, kilsəyə təkcə paytaxtdan deyil, yaxınlıqdakı kəndlərdən də üç min insan yardım üçün gəlib. Ərzaq və geyimlərin paylanması qarşıdan gələn Milad bayramına təsadüf edib. Humanitar yardım yaşlı insanlar üçün nəzərdə tutulub.