Göyərtəsində iki pilot olan ABŞ-yə məxsus F/A-18 qırıcısı Qırmızı dəniz üzərində “dost atəşi” ilə vurulub.
Oxu.Az RBC.ru-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb.
Məlumata əsasən, qırıcıya atəş səhvən “USS Harry S. Truman” aviadaşıyıcısının rəhbərlik etdiyi zərbə qrupuna daxil olan “USS Gettysburg” raket kreyseri tərəfindən açılıb. Bu zaman ABŞ ordusu husilərin hədəflərinə hava zərbələri endirirmiş.
Pilotlar katapult ediblər, onlardan biri yüngül xəsarət alıb.