Çoban Xanışın böyük oğlu vəfat etdi

Ului öndər Heydər Əliyevlə şəxsi dostluğu ilə məşhurlaşan, Lerik rayonunun tanınmış fermeri “Çoban Xanış” kimi tanınan Xanış Şahıyevin böyük oğlu Miriş Şahıyev vəfat edib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, mərhum bu gün Lerik rayonunda torpağa tapşırılacaq.

Onun uzun müddətdir xəstəlikdən əziyyət çəkdiyi bildirilib.

Qeyd edək ki, Xanış Şahıyev qabaqcıl fermer təsərrüfatının başçısı və xeyriyyəçi kimi tanınıb. Heydər Əliyevin prezident olduğu dövrdə onunla dostluq münasibətləri saxlayıb. X.Şahıyevin oğulları Camal və Hüseyn Şahıyevlər Birinci Qarabağ müharibəsində, nəvələri Elgün və Altay Şahıyevlər isə Vətən müharibəsi zamanı şəhid olublar.

Məhərrəm Əliyev



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More