“Barselona” La Liqanın 18-ci tur matçında evdə “Atletiko Madrid”ə uduzub (1:2) və İspaniya çempionatında evdə ardıcıl məğlubiyyətlərə görə öz antirekordunu təkrarlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə “Opta Sport” məlumat yayıb.
Məlumata görə, La Liqada ardıcıl üç ev oyununda məğlub olan katalonlar 1965 və 1987-ci illərdəki üç oyunluq məğlubiyyət seriyasından sonra turnirdəki ən pis nəticələrini təkrarlayıblar.
Xatırladaq ki, “Barselona” bundan əvvəl “Las Palmas” (1:2) və “Leqanes”ə (0:1) uduzmuşdu. Hazırda Flikin komandası 19 oyundan sonra 38 xal toplayaraq İspaniya çempionatının turnir cədvəlində ikincidir.