Azərbaycan millisinin cüdoçusu Uşanqi Kokaurinin (+100 kq) çıxış etdiyi Gürcüstanın “Zolotoy Qori” klubu Çempionlar Liqasında bürünc medal qazanıb.
Oxu.Az “Report”a istinadən xəbər verir ki, yarış Fransanın Monpelye şəhərində keçirilib.
Kokaurinin yer aldığı kollektiv qarışıq komanda yarışında üçüncü yeri tutub.
Qeyd edək ki, qızıl medall Fransanın PSJ klubu əldə edib.